Я, Алиева Саида родилась в городе Баку (Азербайджан), — 02.10.2000. Автор трех поэтических сборников. Мои стихи было опубликованы в Азербайджане и за рубежом. «Sənin üçün darıxmışam» («Я скучаю по тебе») первая книга стихов вышла в свет в 2009 году. Предисловие к книге написал Народный поэт Сохраб Таир. Вторая сборник стихов называется “Nağıl dünyam” («Мой сказочный мир»). Автор предисловии книги академик Бекир Набиев. Третья книга стихов называется “Təbiətlə, paklıqla üz-üzə” («Лицом к лицу с природой, святостью»). Автор предисловия к книге Народный поэт Нариман Гасанзаде. Являюсь членом Союза Писателей Азербайджана. Лауреат премии имени «В.В. Маяковского» и «А.С.Грибоедова» Союза Писателей России.
Стихотворения «Bu dünya bir başqa dan söküləndə ( Этот мир другой на рассвете)»
Çöküb zülmət yuxuya gedib aləm
Pəncərəmə qaranlıqlar boylanır.
Bu gecə qonağım kədər, qüssə, qəm
Boynubükük xatirələr oyanır
Bu qərib gecənin qərib vaxtında.
Xəyal pərən-pərən, yuxum qaçıbdı
Qurtarmaq bilməyir uzun gecələr.
Yaşamaq eşqi ümid işığıdı
Həyatın nəbzidi gələn səhərlər
Hər kəsin qisməti ömür payında.
Ulduzlardı səmanın çilçırağı
Göylərin bəmbəyaz ay yaraşığı
Təbiət sehir, möcüzə yaradar
Heyrətdən kainat sükuta dalar
Dünya füsunkardı gecəyarıda.
Xəfif meh göy çəmənə sığal çəkər,
Mürgüləyən ağacları oyadar.
Həzin-həzin pıçıldaşan yarpaqlar
Yatanlara şirin layla oxuyar
Gözəl röya, dadlı yuxu arzular.
Günəşi üfüqdə arayar, gəzər
Gecənin bağrını yaran səhərlər.
Sübh o başdan dan ulduzu görünər
Aləmi qızaran şəfəq bürüyər
Bu dünya bir başqa dan söküləndə.
Kövrələn bulud gözündən şeh tökər,
Çimər tər çiçəklər, yamyaşıl otlar
Çəkib karvanını qaranlıq köçər
Günəş cahana işıq, nur çiləyər
Dünya əsrarəngiz sübh səhər tezdən.