Афсана Лачин

Я, Испандиярова(Алиева) Афсана Тейюб кызы, родилась 10.12.1987-го года в Лачинском районе . В 1992-м году по известным причинам вместе с семьёй поселилась в Баку. В 1994-2005 гг. в Баку в Низаминском районе в средней школе №210 получила полное среднее образование ,а в 2006-м году поступила в Институт Азербайджанских Учителей на Педагогический факультет и Методику Начальных классов(заочное отделение). В 2011-2013 гг. в Бакинском Славянском Университете на факультете «Творчества» продолжила свое образование .
С 2005-го года начала свою творческую деятельность. С псевдонимом Афсана Лачин пишу детские стихи ,истории и сказки . Такие истории ,как «Почка» , «Солнышко» , «Голубь» , «Любимый» , регулярно печатаются в журналах . В газетах : Лачин , 525 ,Маданият , Каспий — выступаю статьями . В проекте «Книга в журнале» журнала «Улдуз» написала 7 сказок на основе греческих мифов ,а в 2009-м году в молодёжном выпуске была опубликована сказка «Длинный человек» .
В то же время публикуются мои истории и сказки на сайтах .
Участвовала на курсах ,которых организовал «Республиканский комитет независимого профсоюза работников культуры Дома работников культуры» , получила сертификат . В «Ala Azerbaijan Languages Academy » окончила 8-месячный курс по английскому языку .
Были опубликованы в 2011-м году сборник стихотворений «Бир дамджи юрек» и в 2015-м году детская книга «Алфавитный городок» .
Я участвовала в нескольких проектах:
«Школа молодых писателей»(2005-2006)-Организован Министерством Культуры и Туризма.
«Женщина ,Литература и Общество»-Организован Азербайджанским Университетом Языков и сообществом «Вечный огонь» .Проект был заключен антологией прозы под названием «Бута»(детская история «Колючий куст» ,стихотворение «Переводчик» , эссе «Фотография»)
Национальный Литературный Конкурс «Насими» (2012) -истории ,которые попали в десятку лучших:«Маленькая скала» , «Луг и облака» (детские истории).
Журнал «Куршун Калем» (2012- Турция) – Выделенный в количестве для азербайджанских писателей. «Одинокий дом»-свободное стихотворение.
НКП-2013(Национальная книжная премия)-Победитель номинации «Самая лучшая детская сказка»
C 2013 года являюсь членом «Единства Азербайджанских Писателей ».В 2014-м году присуждена была Президентская стипендия.
В 2014-м году в Единстве Азербайджанских Писателей 10 моих сказок получили место в Антологии «Детская литература» .
Фонд знаний при президенте Азербайджана(2015)-в конкурсе «Будь патриотом Родины» заняла II место.
Департамент Образования . В конкурсе «Самое лучшее детское произведение» заняла III место.
Центр переводов при Кабинете Министров(2017) – Молодёжный альманах «Сёз» ( 6 сказок).
Журнал «Улдуз»-февральский выпуск 2017-й год(«Пугало» и «Русалка свободы» истории).
Окончила 4-месячный курс сценарий ,организованный «Кино Мастерской». На основе моих сценарий были сняты документальный фильм «Духовное богатство» (посвященный 90-летию Национальной библиотеки .Заказ государства) и короткометражный фильм «Пикник».
В 2006-2009 гг. в Баку на Низаминском районе в средней школе №220 работала лаборантом . В 2009-2014 гг. в Центрах развития ребенка(дошкольные курсы) «Fastractkids» и «Арас- исти юва» работала учителем .В 2013-2014 гг. сотрудничала с АНС Пресс ( сайт-модератор) и журналом АТВ-магазин(журналистская деятельность). В настоящее время в издательстве «Чинар» работаю консультант-методистом. (дошкольные подготовки и оформление книг по учебникам Начальных классов) .
TEAS Press -являюсь одним из авторов журнала «Гарангуш».


Рассказ «Пугало»

Dünya Süsəngilin yamyaşıl kiçik kəndindən ibarət deyil. Onun heç vaxt görmədiyi və görməyə ömrü yetməyəcəyi sayda kəndlər, şəhərlər var. O öz kəndlərini belə başdan ayağa gəzib dolaşmamışdı. Bircə yaxınlıqdaki meşədən savayı. Tez-tez nənəsi ilə moruq, çiyələk, göbələk toplamağa gedərdi.
Süsəngilin evi dağın ətəyində tikilmişdi. Bu kənddə onlardan başqa heç kim yaşamadığı üçün qızcığazın dostu yox idi. Gününü kiçik bostanlarını sulamaq, ləklərin dibini yumuşaltmaqla keçirirdi.
Bostanda qarğıdalılar, günəbaxanlar gözəl görünsələr də qarğalar imkan vermirdilər ki, Süsənə bir ovuc tum, ya da bir qarğıdalı qalsın. İmkan tapan kimi gəlib hamısını dənləyirdilər.Yasəmən nənə isə qəzəblənir, kış-kış edib qovurdu.

Süsən:
— Nənə, bunun bir əlacı olmalıdır axı! Nə edə bilərik ki, qarğalar bostana yaxın gəlməsin?
Nənə:
— Biz uşaq olanda babam bostanda oyux düzəltmişdi. Onu görən qarğalar bostandan kənar gəzirdilər.

Süsən:
— Oyux nədir, ay nənə?
Nənə:
— Taxtadan, samandan, köhnə pal-paltardan tikilmiş yalançı adam. Qarğalar onu görəndə elə bilirlər bostanda adam var. Qorxularından qarğıdalılara yaxın durmurlar.

Süsən bütün gecəni yatmayıb “Oyux” haqqında düşündü. Səhər durunca ilk işi paltar dolabını eşələmək oldu. Böyüdüyü üçün sevimli donu əyninə olmurdu. Güllü donunu, iynə qabından iynə-sapı, rəngli düymələri götürüb həyətə çıxdı. Pilləkənin altındaki balaca sandıqcanı özü ilə götürməyi unutmadı. Nənəsi odun parçalarını toyuq hinində saxlayırdı. İki odun parçası və saman gətirdi. Taxtaları bir-birinin üstünə vurdu. “Oyux”un qolları və tək ayağı hazır idi. Süsən onun ayağını torpağa basdırıb, güllü donu əyninə geyindirdi. Bəs, bunun başı hanı? Evə qaçıb dolabdan yaşıl papağını tapıb gətirdi. İçinə saman təpib taxtanın başına keçirdi. Düymələri üzünə tikdi. Sağ gözü göy, sol gözü sarı, burnu qara, uzunsov qırmızı düymədən is ağız qoydu. Oyux elə Süsən boy-buxunda idi.
Süsən bostanı daha çox sevməyə başlamışdı. Səhər yuxudan oyanan kimi gəlinciyini götürüb ora qaçırdı. Oyuxla elə söhbətləşirdi sanki, o əsl insandır. Artıq darıxmır, qaranlığın necə düşdüyündən xəbəri belə olmurdu.

 

Yay olmasına baxmayaraq sərt külək əsirdi. Güclü külək “Oyux”u dartıb yerindən çıxartdı. Qorxunc ildırım çaxdı, möhkəm yağış yağdı. Süsənin üstü-başı tamam islandı. Nənəsinin təlaşla ona tərəf gəldiyini gördü. Yasəmən nənə onu yun adyala bürüyüb tələsik evə apardı. Saçlarını qurulayıb paltarını dəyişdi. O isə elə hey “Oyux”u düşünürdü.
Yasəmən nənə nəvəsinin xəstələnəcəyindən qorxduğu üçün ona isti çay, tüstüsü evi bürüyən şorba içirdi. Bir az ürəyi arxayınladı. Süsəni qucağında otağına gətirib çarpayısına uzatdı və işıqları söndürdü:
— Şirin yuxular
Süsən gözlərini yumdu ki, nənəsi onun yatdığına inansın. Elə belə də oldu. Yasəmən nənə qapını örtüb otaqdan çıxdı. Nənəsi otaqdan çıxar-çıxmaz Süsən stolüstü lampanı yandırdı. Otağı zəif qırmızı işıq bürüdü. Pəncərədən boylansa da qaranlıq olduğu üçün “Oyux”u görə bilmədi. Evdəkilərin yuxuya getməsini gözləməyə məcbur oldu. Ayaq səsləri, qab-qacaq cingiltisi kəsildi, işıqlar söndü. Asta-asta otaqdan çıxıb çöl qapıya sarı addımladı. Ehtiyatla qapını açıb həyətə çıxdı. Bostana tərəf qaçmağa başladı.
Hər tərəf zülmətə qərq olmuşdu. Göz-gözü görmürdü. Bəs belə qaranlıqda Süsən “Oyux”u necə tapa bilərdi?
Qarğıdalıların arasından keçib əli ilə ətrafı yoxladı. Bəlkə külək “Oyux”u ora atıb?! Tapmayıb günəbaxanların arasını yoxlamağa başladı. Günəbaxanlar silkələndikcə ləçəklərindəki yağış damcıları ətrafa səpələnir, lampa kimi işıq saçırdılar. Elə bil gecə-gecə dağların arasından günəş çıxmışdı.
Süsən heyrətdən donmuşdu. Birdən gözləri günəbaxanların arasında yerə sərilmiş, qırmızı donu palçığa bulaşmış, “Oyux”a sataşdı. Sevindi. Cəld onu qucağına aldı. Bostanın ortasına gətirib torpağa basdırdı. Hər tərəf bayaqkindən daha parlaq işıqlandı. İşıqdan gözləri qamaşdı. Süsən qorxurdu. Elə qorxusundan da qaça bilmirdi.
Gur işıq yavaş-yavaş “Oyux”un üstündə cəmlənməyə başladı. Ətrafa qaranlıq çökdü. Bircə Oyux parlaq işığın altında dayanmışdı. Balaca Süsən gözlərini ona tikmişdi. İşıq o qədər artdı ki, Süsən artıq ona baxa bilmədi. Əlləri ilə üzünü tutub barmaqlarının arasından baxmağa başladı. Gözlərinə inanmasa da Oyux artıq canlı bir qıza çevirilmişdi. Süsən huşunu itirdi. Balaca qıza dönmüş Oyux qaçıb qarğıdalıların arasında gizləndi.
Kəndin heyvanlarının səsi bir-birinə qarışmışdı. Gah at kişnəyir, gah cücələr civildəşir, gah quzular mələşir, gah da inəklər “mö” edirdi. Artıq siz də anladınız ki, səhər açılıb. Süsən gözlərini qorxa-qorxa həyəcanla açdı. Çarpayısında olduğuna əmin olduqdan sonra rahatladı. Gördüklərini yuxu sandı. Yataqdan qalxdı. Paltarlarını geyinib, otaqdan çıxdı. Hər şey həmişəki kimi görünürdü.
Nənə:
— Get əl-üzünü yu, gəl çörəyini ye!
Süsən sakitcə hamama keçib əl-üzünü yuduqdan sonra süfrə başında əyləşdi. Gördüklərinin tamamilə yuxu olduğuna inanıb təzəcə sakitləşmişdi ki…
Anası:
— Gecə-gecə bostanda nə işin var idi?! Qorxmadın ki, qurd gəlib səni yeyər?!
Süsənin nitqi tutuldu.
Süsən: (ürəyində)
— Deməli yuxu deyilmiş…
Atası:
— Yəqin ki, birinci və axırıncı dəfədir eləmi, Süsən?! Birdə təkrarlanmaz!
Nənə:
— Hə, əlbəttə ki! Mənim balam ağıllı baladır.
Süsən: (ürəyində)
— Bu mümkün deyil axı! Belə şeylər ancaq nağıllarda olur!
Sakitcə səhər yeməyini bitirib həyətə çıxdı. Sizcə hara getdi? Əlbəttə ki, bostana, Oyuxu axtarmağa. Birdən qarğıdalıların arasından ağlamaq səsi gəldi. Gözlərinə inanmadı bir balaca qız dizlərini yerə qoyub, əllərini üzünə tutub hönkür-hönkür ağlayırdı. Əynində də Süsənin qırmızı donu.
Süsən:
— Yox, ola bilməz!
Oyux:
— Süsən, bu sənsən. Sən huşunu itirdin mən çox qorxdum. Şükür yaxşısan. Qorxumdan gecədən bəri ağlayıram. Kim isə gəlib səni apardı. Elə bildim ki, qurddu, səni yeyəcək!
Süsən: (güldü)
— O, mənim nənəmdi! Deməli sən gerçəksən! Bəs adın nədi?
Oyux:
— Məndən niyə soruşursan? Məni ki, sən düzəltmisən. Mənim adım nədi?
Süsən:
— Oyux
Oyux:
— Bu nə deməkdir?
Süsən:
— Səni düzəldib bostanın ortasına qoydum ki, babamın əkdiyi qarğıdalıları, günəbaxanları qarğalardan, dovşanlardan qoruyasan.
Oyux:
Məgər mən qorxuluyam?
Süsən:
— Adamlar yox, heyvanlar səndən qorxur. İnsanlar səni sevir. Sən onların bostanlarını qoruyursan.
Oyux:
— Bəs mən yenə elə bostanın ortasında yaşayacağam? Axı mən indi özüm qorxuram. Burada qalsam dovşanlar məni yeyər.
Süsən: (gülür)
— Dovşanlar adam yemir. Onlar mehribandırlar, amma qurd yeyə bilər.
Oyux:
— Bəs onda nə edim?
Süsən:
— Səni evimizə apararam.
Oyux:
— Sənin evin var?
Süsən:
— Hə, hamının öz evi var!
Oyux:
— Onda məni “Oyux”ların yaşadığı evə apar.
Süsən:
— “Oyux”ların evi olmur. Onların hərəsi bir bostanda yaşayır. Axı canlı deyillər.
Oyux:
— Bəs mən nə edəcəm. Məni kim yuxudan oyatdı?!
Süsən:
— Ya ildırım, ya yağış, ya da sarı işıq. Heç nə anlamadım. Bərk qorxmuşdum.
Oyux:
— İndi bəs mən nə edim? Dünyada başqa canlı “Oyux”lar yoxdur! Bostanda tək qalmaqdan da qorxuram.
Süsən:
— Qorxma, qorxma. Dedim axı səni evimizə aparacam. Amma olanları nənəmgilə danışma ha onsuzda inanmayacaqlar.
Oyux:
— Niyə?
Süsən:
— Çünki, belə möcüzələr yalnız nağıllarda olur. Böyüklər isə nağıllara inanmırlar. Həm də bir az qəribə olurlar.
Oyux:
— Necə qəribə?
Süsən:
— Uşaqlara çoxlu qadağalar qoyur, çoxlu yalan danışırlar.
Oyux:
— Yox, onda mən sizə getməyəcəyəm, orada böyüklər var…
Süsən: (gülür)
— Onlar elə də qorxunc deyillər. Sadəcə bizi başa düşmürlər. Böyüklər də nə zamansa uşaq olub, nağıllara inanıb, nağıl uydurublar. Bəlkə də bütün böyüklərin uşaq olanda sənin kimi dostları olub, ya da çox arzulasalar da olmayıb.
Oyux:
— Bu böyüklər həqiqətən nə qəribədirlər?
Süsən:
— Məndə böyüyəndə nağıllara inanmayacam. Bəlkə heç səni də xatırlamayacam.
Oyux: (həyəcanla)
— Məni unudacaqsan?! Deməli məni atıb gedəcəksən? Heç belə dostluq olar?!
Süsən:
— Niyə olmur. Buda bir sehrdir.
Oyux:
— Bəs unuda bilməsən necə?
Süsən:
— Demək heç zaman böyüməyəcəyəm.
Oyux:
— Bu ki, əladır!
Süsən:
— Yox, dostum, böyüməsəm yaşamaq çətin olar, əziyyət çəkərəm…

Oyux:
— Yaxşı qoy belə olsun. Sənin əziyyət çəkməyini istəmirəm. Sən böyüyən kimi özümə təzə balaca dost taparam.
Süsən:
— İndi bunları yox, səni necə evə aparacağımızı düşünməliyik. Əvvəlcə sənə ad fikirləşməliyik.
Oyux:
— Demədin ki, adım Oyuxdur?
Süsən:
— Yox bu qəribə addır. Daha gözəl ad seçmək lazımdı.

Oyux xeyli ətrafa baxıb susdu.

Süsən hiss etdi ki, o qəmləndi.

 

— Qoy sənin adın Günəbaxan olsun!
Oyux:
— Hə, qoy olsun. Qəşəng addır. Mən razı.
Süsən:
— Bizə gedəcəyik. Anama, nənəmə deyəcəyik ki, sənin atan-anan yoxdur. Qoy bizimlə yaşamağına icazə versinlər.

Oyux və Süsən birlikdə evə getdilər.Yasəmən nənə: (təəccüblə)

— Bu tərəflərdə bizdən başqa heç kim yaşamır. Bu uşaq haradan gəlib çıxıb? Kimin kimsəsidir?
Süsən:
— Nənə, mənim dostumla tanış ol.
Yasəmən nənə:
— Hə lap yaxşı. Adı nədir sənin qəşəng dostunun?
Oyux:
— Oyux
Nənə təəccübləndi.
Süsən cəld dedi:
— Yox, adı Günəbaxandır.
Oyux:
— Hə, unutmuşdum adım Günəbaxandır.
Yasəmən nənə:
— Qəribə addır, amma gözəldir. Bəs adını kim qoyub?
Oyux:
— Süsən
Nənə yenə də təəccübləndi.
Süsən:
— Adını nənəsi qoyub, hə, Günəbaxan özü danışıb mənə.
Oyux:
— Hə, hə nənəm qoyub adımı
Nənə:
— Harada yaşayırsınız, a bala?
Oyux:
— Bostanda
Süsən:
— Qonşu kənddə
Süsən Günəbaxanı dürtmələməkdən, göz ağartmaqdan yorulmuşdu çünki, Günəbaxan danışdıqlarının hamısını unutmuşdu.
Yasəmən nənə:
— Bəs qızım, bizim kəndimizə necə gəlmisən? Valideynlərinin xəbəri varmı?
Günəbaxan:
— Ata-anam yoxdur ki…
Süsən:
— Nənə, anası ilə atası elə yenicə dünyasını dəyişib. Tək qalıb.
Nənə:
— Can bala, indi kiminlə yaşayırsan?
Günəbaxan:
— Bilmirəm…
Süsən:
— Nənə, ay nənə, nə olar icazə ver Günəbaxan bizimlə yaşasın.
Nənə:
— Yaxşı, gəlin yeməyinizi yeyin, sonra bir şey fikirləşərik…

Beləcə Günəbaxan onlarla yaşamağa başladı. Süsənin babası başqa oyuxlarda düzəldi. Günəbaxan onların da canlanmağını arzulayırdı. Bir gün ildırım yenidən çaxdı və günəbaxanın ailəsi danışmağa başladı. Lakin bu uzun çəkmədi çünki, Süsən onları görən kimi tilsim pozuldu. Yağış yağanda Günəbaxan yenidən oyuğa çevrilirdi. Ona görə də Süsən onu yağışdan qoruyurdu. Atası qızlara plaşda almışdı.Yeni il də Günəbaxan Şaxta babaya məktub yazıb dedi: İstəyirəm ki, mənim də ailəm olsun. Amma Süsənin arzusu gerçəkləşsə də o arzusuna çatmadı. Novruz bayramında hamı tonqal başına toplaşmışdı. Qəfildən yağış yağdı və Günəbaxan Oyuğa çevrildi. Süsən gözləsə də o yenidən canlanmadı.

1 Звезда2 Звезды3 Звезды4 Звезды5 Звезд (38 оценок, среднее: 3,45 из 5)
Загрузка...